Bülent Ersoy “Qara cümə” alış-veriş turuna 286 min lirə xərcləyib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, hər zaman lüks xərcləri ilə gündəm olan Bülent Ersoy 3 gün fərqlə ticarət mərkəzində alış-veriş edib.
"Qara cümə”də qara geyinən müğənni 24 və 27 noyabr tarixlərində etdiyi alış-verişə ümumilikdə 286 min lirə xərcləyib.
Onun siyahısında dəriyə qulluq, kosmetika məhsulları, Milad hədiyyələri həmçinin qocalma əleyhinə kremlər də yer alıb.
Ersoy qocalma əleyhinə kremlər üçün 65 min lirə, nəmləndirici kremlər üçün 30 min lirə, 12 ətir üçün 41 min lirə ödəyib.