5 Dekabr 2022 12:12
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Aftandil İsrafilovun səhhəti ağırdır.

Bu haqda Teleqraf.com-a xalq artistinin qızı Həcər məlumat verib: “Atamın səhhəti ağırdır. Ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bu gün dördüncü gündür ki, reanimasiyadadır. Əvvəl bir həkim atamı düzgün müalicə etməyib, çoxdozalı iynələr yazıb. Nəticədə isə belə vəziyyətə gəlib, bütün orqanlarına təsir edib”.

Qeyd edək ki, xalq artistinin 81 yaşı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər