Bir müddət öncə Xəzər Televiziyasındakı işindən uzaqlaşan xəbər aparıcısı Anar Nəcəfli yenidən ekranlara qayıdır. Bunu Teleqraf. com-a aparıcının özü məlumat verib.
Onun sözlərinə görə, verlişin proqram ideyası xaricdə fəaliyyət göstərən diaspor təşkilatları barədədir: “Verliş həftənin çərşənbə günü, dekabr ayının 17-si saat 22:30-da ATV telekanalı vasitəsilə "Səninləyəm, Azərbaycan!" adlı yeni proqramla tamaşaçılarının görüşünə gələcək. Veriliş xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının işlərini işıqlandırmaqdan ibarətdir. Çünki heç kim bilmir,Azərbaycanı tanıtmaq üçün onlar hansı işlər görürlər. Heç kim bilməsə də onlar çox işlər görürlər. Tanıtım filmdir. Məqsədimiz bütün bunları Azərbaycan tamaşaçısına çatdırmaqdır”.
Xatırladaq ki, daha öncə ANS və Xəzər TV-də çalışan Anar Nəcəfli bir qədər əvvəl yenidən mavi ekranlara qayıdacağı xəbərini sosial şəbəkə vasitəsilə bölüşmüşdü.
İLHAMƏ