Xəbər verdiyimiz kimi musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və "Dakkılı" ləqəbli Ziliş Cəfərov polis orqanına dəvət olunublar.
Teleqraf.com xəbər verir ki, musiqiçi İnstaqram səhifəsində video paylaşaraq adı çəkilən şəxsləri hüquq-mühafizə orqanlarına şikayət etmədiyini deyib: "Mən Səbuhi Xanlarovu şikayət etməmişəm. Çünki Səbuhi ilə illərdir ki, bir-birimizi tanıyırıq. Ondan narazılığım olanda zəng edib, şəxsən özünə demişəm ki, sosial şəbəkədə söyüş söymək olmaz. Hər kəsin anası, bacısı, yaxınları var. O da deyib ki, baş üstə Hüseyn elə bir şey olmayacaq. "Dakkılı" haqqında da şikayət etməmişəm. Başqa insanları şikayət etmişəm. İnanıram ki, bu tədbirlər davamlı olacaq. Çünki belə olmaz. Söyüşlər söymək və insanların tərbiyəsini korlamaq Azərbaycan xalqına yaraşmır".