13 Mart 2023 18:43
2 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvaya köçən müğənni Fədayə Laçın Xəzər televiziyasında yayımlanan "Evdəkilərə salam" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Fədayə Laçın bu sözləri deyib: "Üç ildir Moskvadayam. İki dəfə Azərbaycana toy mərasiminə getmişəm. Həm ziyarət, həm də ticarət olub".

İfaçı "Sizi Azərbaycandan nə küsdürüb" sualına cavabda deyib: "Məni həyatda heç nə küsdürə bilməz. Məni buraya tale atdı. Allaha qurban olum, peşman olmadım. Mənim üçün sanki qapı açıldı. Həbsdən sonra fürsət düşdü, gəldik. Amma yəqin nə zamansa dönəcəyik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər