"Avroviziya 2023"də ölkəmizi təmsil edən Tural və Turan Bağmanov qardaşları Azərbaycana qayıdıblar.
Teleqraf.com xəbər verir ki, Tural və Turan Bağmanov qardaşları İnstaqramda hekayə bölümündə video paylaşaraq “Geri döndülər”, - deyə qeyd ediblər.
Əkizləri hava limanında qarşılamağa “Avroviziya 2008” təmsilçimiz Elnur Hüseynov da gedib.
Qeyd edək ki, Tural və Turan Bağmanov qardaşları “Avroviziya 2023” müsabiqəsinin final mərhələsinə vəsiqə qazana bilməyiblər.