3 İyun 2023 15:25
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni-bəstəkar Murad Arif rusiyalı aktyor Vitali Qoqunskinin qızı Milana Starın Bakıda baş tutacaq konsertinə etiraz edib.

Teleqraf.com xəbər verir ki, Murad Arif sosial şəbəkədə aktyorun qızı Milana Starın Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda iyunun 14-də baş tutacaq konserti haqqında bu sözləri yazıb:

"Rus aktyor, ermənipərəst Qoqunski 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün erməni səhifələrində yatdı, erməni xalqının dərdinə yandı, dünyanı "vəhşi azərbaycanlıların" zülmünə "stop" deməyə çağırdı.

Azərbaycanlılar da həmişəki kimi Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil etdilər. Xasiyyətimizin həddi-hüdudu var?".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər