23 İyun 2023 15:54
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səmra Rəhimli sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Səmra Rəhimli İnstaqramda hekayə bölümündə həyat yoldaşı tərəfindən öldürülən Leyla Hüseynlinin və onun övladının fotosunu paylaşaraq qadınların şiddətə məruz qalmasına sərt reaksiya göstərib:

“Hər gün minlərlə qadın şiddətə məruz qalır. Bir çoxları qətlə yetirilir. Övladlarınızın beyninə “ərə get, uşaq dünyaya gətir” cümləsini yeritməkdənsə, bir az da öz ayaqları üstündə dayana bilməyi, əks-cinsin hər cür rəftarına göz yumulmamağı öyrədin. İlk şiddət siqnalında həyatlarını xilas edə bilsinlər. Ərə getdin, sındır ayağını, otur ərinlə, döz, göz yum hər murdarlıqlarına, əl qaldırır və döyürsə, deməli, sevir kimi gic-gic fikirləri az yeridin qızların beyninə. Çox təəssüf edirəm, bir gənc qızın və körpənin həyatının bu cür faciə ilə bitməyinə. Allah rəhmət eləsin! Qızlarınız nə qədər çox sevsə də, gənc yaşda ailə qurmaq istəsə də icazə verməyin, əziz valideynlər".





Müəllif: Rəqsanə Həsənova