Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalova aparıcı kimi fəaliyyətə başlayıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, aktrisa TRT AVAZ-da yeni proqramın aparıcısı olacaq. “Sazlı semaver” adlı verilişə Azərbaycanın və Türkiyənin tanınmış sənətkarları dəvət olunacaq. Bu gün verilişin ilk çəkilişləri Türkiyədə baş tutub. Proqramın ilk qonağı Azərbaycanın xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovdur.
Xalq artisti Azərbaycan muğamlarını ifa etməklə bərabər, eyni zamanda, milli musiqimizin, muğamlarımızın tarixi kökləri və ona verilən qiymət barədə də danışıb.