Müğənni Əli Mirəliyev və aparıcı-prodüser Tarix Əliyev (Tolik) arasında Arb televiziyasının "Elgizlə izlə" verilişində qalmaqal yaşanıb.
Teleqraf.com xəbər verir ki, Tarix Əliyev telefon vasitəsiylə efirə qoşularaq Əli Mirəliyevə "Rəhmətlik İlhamə Quliyeva sizi çox istəyirdi? Orxan Nadirovun toyunu mən təşkil etmişəm. Siz orada yox idiniz" deyə müraciət edib.
İfaçı isə prodüserə "Yox! O, heç kimi çox istəməyib. Orxan Nadirovun ilk nikahı zamanı toyda iştirak etmişəm" cavabını verib.
Tarix Əliyev mərhum xalq artistinin Əli Mirəliyevlə münasibətinin yaxşı olmadığını vurğulayıb:
"İlhamə Quliyeva “Şərəf” ordeni ilə təltif edilmişdi. Bu münasibətlə təşkil etdiyim tədbirdə nə sən, nə qızın, nə də həyat yoldaşın var idi. Tədbirə 300 qonaq dəvət olunmuşdu. Səni qapısına belə qoymurdu. Niyə yalan deyirsən? Niyə boş-boş camaatı aldadırsan?
Beş il İlhamə Quliyevanın yanında olmuşam. Bir dəfə də səni nə tədbirində, nə evində, nə də masasında görmüşük. İlhamə Quliyeva harada deyib ki, "sən mənə qohumlarımdan, bacım İradədən əzizsən"? Boş-boş danışma. Sən İlhamə Quliyevanın sağlığında heç zaman ürək edib üzünə deyə bilməzdin ki, Flora Kərimova səndən yaxşı oxuyur.
Yalandan deyirsən ki, İlhamə Quliyeva məni yanına çağırıb. Vallah, İlhamə Quliyeva Əli Mirəliyevi həndəvərinə qoymurdu. O, dünyasını dəyişəndən sonra o qədər yalanlar danışdınız ki..."