8 Dekabr 2023 16:40
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızımızın qayğıları ilə bağlı həyat yoldaşımla çox yaxşı razılığa gəlmişik. Onun işi olanda Jan Asyaya mən baxıram, mənim işim olanda isə o".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu tanınmış aktyor Barış Arduç jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, həyat yoldaşı Gupse Özayın yeni filmi "Lohusa" haqqında xoş fikirlər səsləndirib:

"Filmdən çox təsirləndim və heç bir ipucu vermək istəmirəm. Həyat yoldaşım çox istedadlıdır və o, yaxşı filmlərə imza atır"- deyə Arduç bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər