22 Yanvar 14:50
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum əməkdar artist Tünzalə Əliyevanın "Toppuş bacı” həyat yoldaşı Röyal sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, mərhum həyat yoldaşı haqqında bu sözləri yazıb:

“Bu gün kimi xatırlayram. Mənə zəng gəldi ki, qalxın yuxarı, həyatım boyunca unuda bilməyəcəyim söz... Saat 10-da ürəyi dayandı. Bəzən düşünürəm ki, Rəbbim bəlkə Tünzaləni oyadır, sual-cavab edir, o an yəqin düşünür ki, görəsən, Röyal məni unudub? Bir dəfə şansım olsaydı, Tünzaləyə demək istərdim ki, mən öncə Rəbbimə, sonra sənə qovuşmaq üçün yaşayıram. Səni ağlımdan bir gün belə çıxarmadım. Qiyamətə qədər sənə əsla xəyanət etməyəcəyəm.

Sonra özüm-özümə "axı, o səni tanıyır, səndən əmindir", deyirəm. 33 yaşım var, amma tək son bir ilimin tam olaraq 365 günüdür. Günbəgün xatırlayıram, bu gün sənsiz qalmağımın 365-ci günüdür. Tünzaləni ziyarətə gətdiyim zaman, bəzən qızımız Zəhra yorğun olur. Deyir, bu gün anama deyərsən, Zəhra yorulub, gələ bilmədi, amma sabah gələcək.

Deyirəm ki, yaxşı, narahat olma, deyəcəm. Mən o şanslı insanam ki, qəbrim indidən hazırdır, özü də sənin yanında. Bu ölümü mənə xatırlamaq üçün daha bir səbəbdir".

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 2023-cü ildə vəfat edib. Onun bu gün ildönümüdür.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər