26 Fevral 13:51
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deyərdim ki, şou-biznesdə çoxu Aygünün getməyinə sevindi. Aygünün vida mərasiminə qadınlardan daha çox kişi sənət adamları gəlmişdi. Qadınlardan təxminən 10 nəfər iştirak etdi. Bizim heç kimə ehtiyacımız yoxdur. Amma hüzür yeri elədir ki, adam umur. Aygün sənətkar olub. Paxıllıqdan belə addım atıblar".

Teleqraf.com xəbər verir ki, bu sözləri mərhum əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Günaydın, Azərbaycan" verilişində deyib.

Zümrüd Hümbətova bacısının vəsiyyətini də açıqlayıb: "Mənə dedi ki, xahiş edirəm, Cananı oxutdurun, təhsili olsun".

Mərhumun bacısı Aygün Bəylərin Heydər Əliyev Sarayında baş tutan sonuncu konsertindən də danışıb: "Konsert çox ağır oldu. Konsertdən əvvəl təzyiqi qalxdı. Konsert saat 8-də başlayacaqdı, səhnəyə yarım saat gecikdi. Çıxdı və tamaşaçılardan üzr istədi. Otaqda ağlayırdı ki, tamaşaçılar gözləyir, mən xəstə canla otaqda oturmuşam, gedim mahnımı ifa edim. Dedim ki, xalq bilir ki, ağır xəstəsən. Səndən heç kim inciməz".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər