Türkiyənin məşhur aktyorları Burak Özçivit ilə Fahriye Evcen Bakıdadır.
Teleqraf.com xəbər verir ki, "Nizami" kinoteatrında “Aşk sana benzer” filminin qala gecəsinə qatılan cütlük jurnalistlərin suallarını cavablandırıb.
F.Evcən Bakıda olduqları üçün sevindiyini bildirib:
"Tamaşaçılardan bu qədər maraq gözləmirdik. Eynən Türkiyədə də elə diqqət görmüşdük. Bakını gəzdik, çox gözəldi".
Daha sonra qonaqlar tamaşaçılarla birlikdə filmi izləməyə yollanıblar.
Qeyd edək ki, filmin prodüseri aktyor Burak Özçivitin özü, rejissoru isə Tanər Elxandır.
Burak Özçivit ilə Fahriye Evcenin fotolarını təqdim edirik.
Rüstəm