10 Mart 2015 14:32
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün "Bu şəhərdə” komandasının konsertində qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadə gecəni yarımçıq tərk edib.

Teleqraf.com-a açıqlamasında ifaçının özü bu barədə məlumat verib. Konserti yarımçıq tərk edən Nadir bunun səbəbsiz olmadığını bildirib :

“Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz “Bu şəhərdə” komandası ilə dost idik. Lakin onların bu adiyətsiz hərəkəti məni məyus etdi. Bunlara baxmayaraq mən onlara növbəti işlərində uğurlar arzu edirəm".

İfaçının narazılığına “Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasovun da cavabı gecikməyib. O, ifaçıya mesaj göndərərək, bir daha bu cür halların təkrarlanmayacağını bildirib: “Heç bir problem deyil. Günü sabahdan “Avropa oyunları” səhnəsindən də, o biri iki səhnəcikdən də sizin adınızı çıxardacam. Bir də sizin adınızı çəkmərik, nə də ki, siz yarımçıq getmərsiz”.

Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan da “Bu şəhərdə” komandasından narazı olduğunu mediaya bildirmişdi.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər