18 Mart 2015 10:24
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Walt Disney Pictures kinostudiyası “Gözəl və Bədheybət” filminin premyera tarixini elan edib. Film iki il sonra – 17 mart 2017-ci ildə ekranlara çıxacaq.

Teleqraf.com xəbər verir ki, "Gözəl və Bədheybət" filmində baş rolu Emma Uotson ifa edəcək, Bədheybət isə Den Stivens olacaq. Kevin Klyayna Bellin atası - Morisin rolu, Emma Tompsona tilsimlənmiş və çox xarizmatik çaydan Missis Potts rolu çatıb.

Filmin musiqisi üzərində Alan Menken və Tim Rayn çalışacaq. Məhz onlar 1991-ci ildə buraxılan "Gözəl və Bədheybət" cizgi filminə və eyniadlı myuziklə saundtreki yazmışdılar. Filmin çəkilişləri bu ilin may ayında Londonda başlayacaq.

Rüstəm


Müəllif: