21 May 2015 10:22
2 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Mətanət Əliverdiyeva ötən gün “Gündəlik” verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, aparıcı bunları deyib:

“Mən sovet məktəbi keçmiş insanam. Yanğın da, faciə də görmüşəm. Mənim anam qucağımda keçinib. Yanğın baş verəndə dəhşətə gəldim. Öz-özümə dedim ki, bu nə idi? Elə bil kino idi gəldi, keçdi. Mən faciəyə laqeyd qala biləcək insan deyiləm. Özü də ki, uşaq ölümünə qarşı necə belə laqeyd ola bilərəm? Mən çox həssas insanam. Mənim kimi vətənpərvər insan yoxdur. Hələ günorta saat 2-də ölü sayı tam açıqlanmamışdı, mən rəhbərliyə dedim efirə çıxmayacam. Ötən yay şəhidlər dünyasını dəyişəndə radioda xəbərləri oxuya bilmədim. 20 illik iş təcrübəmdə ilk dəfə idi ki, mən canlı yayımı apara bilmirdim. Məni qınayanlar, verilişin əvvəlinə, sonuna baxsınlar. Niyə mənim orada dediyim “Mən də o yanğında ola bilərdim. Hamımızın başına gələ bilər” sözləri verilməyib? Hətta həkim dəvət edib, ondan belə yanğın anında nə edə biləcəyimizi öyrəndim”.

Qeyd edək ki, M.Əliverdiyevanın dediyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri qınaq olunub.


Müəllif:

Oxşar xəbərlər