Türkiyənin Ankaralı Turqut kimi tanınan müğənnisi Turqut Karataşın qızını maşın vurub.
Hadisə paytaxt Ankaranın Çubuk rayonunda baş verib.
33 yaşlı Volkan Yıldırım idarə etdiyi avtomobillə Ankara bulvarının qarşısında yolu keçməyə çalışan 18 yaşlı Həsrət Karakaşı vurub.
Zərərçəkmiş zərbənin təsiri ilə havaya qalxaraq yerə çırpılıb.
Dərhal Çubuk dövlət xəstəxanasına çatdırılan Karataş ilk müdaxilədən sonra “Dışkapı Yıldırım Bəyazid” təlim və araşdırma xəstəxanasına göndərilib.