27 İyun 2015 15:17
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdman zallarındakı klassik yorucu məşqlərdən təngə gəlmisinizsə, deməli fitnesin yeni bir növü olan Kangoo Jumps haqqında məlumat almağın vaxtıdır.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, Kangoo Jumps haqqında məlumat almağın vaxtıdır. Bakıda fitnesin bu növü Ambassade de la Beaute gözəllik institutunda təqdim olunur.

Kangoo Jumps-ın əsas "qəhrəmanları" prujinli çəkmələrdir. Bu çəkmələr ayağından zədə almış idmançıların reabilitasiyası üçün işlənib hazırlansa da, hazırda onlardan dünyanın bütün idman zallarında effektiv arıqlama və ümumi tonus məqsədilə istifadə edilir. Unikal Kangoo çəkmələri məşq zamanı belin və ayaqdakı oynaqların müdafiəsini 80%-a qədər artırır. Bundan əlavə, çəkmə bədən əzələsini daha intensiv işləməyə məcbur edir və məşqin effektivliyi artıraraq 30% əlavə kalori sərfinə səbəb olur. Kangoo Jumps-ın prujinli quruluşu 70 sm hündürlüyə və 2,5 metr uzunluğa tullanmağa imkan verir. Belə imkanlar insanda aktiv məşqə motivasiya yaradır, əhvalı yüksəldir və stressdən azad edir.

Kangoo çəkmələrin fərqli cəhəti onların istifadəçi əhatəsinin geniş olmasındadır. Belə ki, 5 yaşdan 90 yaşa qədər hər kəs ondan istifadə edə bilər. Kangoo çəkmələri ilə məşq etdikdə qısa zaman ərzində ayaq və arxa əzələlərin bərkiməsi müşahidə olunur. Kangoo Jumps duruşun düzəldilməsinə də xidmət edir. Çəkmənin pəncə hissəsinin yarımdairəvi formada olması bədəni taraz saxlamağa və düz dayanmağa məcbur edir. Fitnesin əksər növlərində xəsarət almaq riski vardır. Kangoo çəkmələr isə tamamilə təhlükəsizdir. Əsas odur ki onlardan düzgün istifadə etməyi öyrənəsən.

Kangoo Jumps-la məşq etmək həm faydalı, həm də əyləncəlidir. Dərhal cəhd etməyə dəyər!

Rüstəm


Müəllif:

Oxşar xəbərlər