3 Avqust 2015 13:09
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur "Serebro" qrupu Bakıda verəcəyi konsertə görə, Ermənistanda planlaşdırdığı konsertini ləğv edib.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bu barədə qrupun heyətindəki mənbədən bildirilib.

Məlumatda bildirilir ki, əvvəlcədən yay proqramına uyğun olaraq, Yerevanın istirahət mərkəzlərinin birində konsert vermək planlaşdırılsa da sonradan Bakıdan gələn təklifə görə həmin konsert təxirə salınıb.

Qeyd edək ki, "Serebro" qrupunun triosu avqustun 8-də Abşeronun çimərlik kompleksinin ərazisində yerləşən "Dalga Beach Nightclub"da konsert verəcək.


Müəllif:

Oxşar xəbərlər