4 Avqust 2015 13:16
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 yaşlı Keyt Mossun i-D Magazine üçün jurnal çəkilişində poza verdiyi məşhur dizayner-şlyapaçı Stiven Consun fetr tacı sentyabrın 10-da hərraca çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, Cənubi Kensinqtonda bu gün açılmış Christie's sərgisində bu unikal əşyanı hamı görə bilər. Tacla birlikdə hərracda i-D Magazine-in 1989-cu il buraxılışlı 69-cu arxiv nömrəsinin nüsxəsi də təqdim olunacaq. Məhz bu nömrədə Mossun Keyt Qarnerdən məşhur şəkili yer almışdı. Christie's mütəxəssislərinin qiymətləndirməsinə görə, Keytin karyerası üçün tarixi olan bu aksessuarın qiyməti 5-8 min funt sterlinq arasındadır.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər