16 Sentyabr 2015 17:46
2 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan model Günay Musayeva rəsmən türkiyəli aktyor Tolqa Kareldən ayrılıb.

Teleqraf.com xəbər verir ki, model bu haqda sosial şəbəkədə məlumat verib: "Karel ilə rəsmi olaraq boşandıq. Uzun zamandır qarşı tərəfin qərarsız hərəkəti ilə uzanan vaxtı uşağıma görə səbrlə gözlədim. Bundan sonra adımın Tolqa Karel ilə çəkilməsini istəmirəm. Bu vaxta qədər atasının oğlumla maraqlanması haqqında çıxan xəbərlər yalandır. Bundan sonra oğluma diqqət ayırmasına ümid edirəm. Son olaraq demək istəyirəm ki, qarşı tərəfdən yüksək miqdarda aliment aldığım xəbərləri də düzgün deyil. Amma təhsil və sağlıq xərclərinin qarşılanması üçün aliment 500 TL təqdim edilib".

Türkiyə mətbuatı isə Günay Musayevanın keçmiş yoldaşından villa istədiyini qeyd edib. Nəticədə isə məhkəmənin qərarı ilə Günay Tolqanın maddi və mənəvi zərərə görə 40 min lirə (13 min manat) ödəməsinə razılaşıb.

Qeyd edək ki, G. Musayeva aktyor Tolqa Karel ilə 2011-ci ildə ailə qurub. Və bu nigahdan Cahangir Can adlı oğlu var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər