16 Oktyabr 2015 13:21
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Abbas Bağırov “Qardaşlar” serialına çəkilir.

Bu barədə Teleqraf.com-a danışan müğənni obrazının öhdəsindən peşəkarcasına gəldiyini qeyd etdi: “Qardaşlar” serialına çəkilmişəm. Gələn həftə yayımlanacaq. Mənim çəkilişimə dörd saat vaxt ayırmışdılar, amma iki saata çox asanlıqla başa çatdı. Yəni əziyyət çəkmədən işimin öhdəsindən gəldim. Özümdə aktyorluq bacarığını görürəm. Gələcəkdə tamaşaçılar məni digər seriallarda da görə bilərlər. Amma film çəkməyi düşünmürəm. Film çəkmək üçün peşəkar rejissor olmalısan”.

Müğənni şəxsi həyatından da danışdı: “Evlənməyi düşünmürəm. Qismət nə vaxt olacaq, onda da evlənəcəm”.

Rəqsanə


Müəllif: