16 Oktyabr 2015 15:05
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kübra Əliyeva xərçəng xəstəliyi ilə mübarizə aparır.

Əməkdar artistin Teleqraf.com-a açıqlamasına görə, o, xəstəliyin başqa orqanlarında da fəsad yaradacağından narahatdır: “ Hazırda səhhətim normaldır. Türkiyədə müayinədən keçsəm də Bakıda Milli Onkologiya Mərkəzində müalicə olunuram. Allaha çox şükür bütün göstəricilər yaxşıdır. Hətta mən müalicəyə getməyəndə də həkimlər zəng edirlər ki, Kübra xanım xəstəxanaya gəlməlisiniz. Mütəmadi olaraq müalicə qəbul edirəm.

Artıq yaradıcılığıma qüvvəm qalmayıb. Xərçəng xəstəliyi ilə mübarizə aparan bir insanın yaradıcılığı nə ola bilər? Hər an fikirləşirəm ki, birdən başqa orqanizmimdə fəsad yarada bilər. Ona görə yaradıcılıqla məşğul olub yarımçıq qoymaq da mənə yaraşmaz. İndi canımla əlləşirəm. Allah nəfəsimi balalarımın üstündən əskik etməsin. Onlara böyük kimi lazımam. Allahın bu gününə çox şükür”.

Kübra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir. O, bu xəstəliklə bağlı iki dəfə əməliyyat keçirib və süd vəziləri amputasiya olunub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər