İsrailli top model Bar Refaeli və anası Zipora Refaeli gəlir vergisini ödəmədikləri üçün həbs olunublar.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, cazibədar modelin 257 min dollarlıq vergidən boyun qaçırdığı məlum olub. Ölkə qanunlarına görə, daima xaricdə olan İsrail vətəndaşları əcnəbi ölkələrdə əldə etdikləri gəlirlərin vergisindən azad olunurlar. Bar Refaelinin xaricdə anası və qardaşının adına qeydiyyatda olan lüks evlərdə yaşadığı və ona verilən iki avtomobili adına qeyd etdirməyərək vergidən xilas olmağa çalışdığı aydın olub.
Polis məmurları tərəfindən evinə basqın edilən model və anası dünən məhkəmə qərarı ilə saxlanılıb. 12 saat dindirmədən sonra Rafaeli 193 min dollar girov ödəməklə zaminə buraxılıb. Modelin pasportu 180 gün müddətinə müsadirə edilib. O, ölkədən çıxması üçün 64 min dollar məbləğində cərimə ödəməlidir.
Qeyd edək ki, Rafaeli Agent Provocateur markasının siması və "X Factor" verilişinin İsrail versiyasının aparıcısıdır.
Teleqraf.com modelin fotolarını təqdim edir:
Rüstəm