Yaxın günlərdə xəstəxanadan evə buraxılan xalq artisti İlhamə Quliyeva səhhəti və köməkçisi ilə bağlı yeni açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, sənətçi köməkçisinin onu zəhərlədiyini və evindən oğurluq etdiyini deyib: “Biz də canlı insanlarıq. Allah mərdimazara lənət eləsin! Doğrudan da, böyrəyimin biri sıradan çıxmışdı. Məni həkimim yaşatdı. Şükür Allaha, böyrəyim bərpa olunub. Evimdə il yarım əzrayıl saxlamışam, sinəmdə ilan bəsləmişəm. İl yarım çörəyimi yeyib, oğurluq elədi. Nələr oğurlamayıb? Başıma sədəqə olsun, belə qurtarmağıma razıyam. O qulluqçu demişdi ki, “Zaman gələcək, mən İlhamə olacam”. Elə bilirdi, mənim evim onun əlinə keçsə, İlhamə olacaq”.
İ.Quliyeva köməkçisinin arxasında bir sənətçi qadının dayandığını da bildirib: “Qulluqçum savadsızın biridir. Tək deyil. Onu bir vəhşi qadın istiqamətləndirib”.
İ.Quliyeva 105 yaşına qədər yaşamaq istəyini də dilə gətirib: “Mən yaşamasam günahdır. Çünki mənə lazımi qədər hörmət, diqqət var. Hələ 40 il – 105 yaşınadək yaşayacam”.
Rəqsanə