31 Dekabr 2015 18:54
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin bitməsinə bir neçə saat qalıb. 2015-ci il şou-biznes nümayəndələri üçün uğurlu keçsə də qalmaqalsız da keçmədi.

Teleqraf.com şou əhli arasında səs-küyə səbəb olan qalmaqalları təqdim edir.

Xalq artisti İlhamə Quliyeva və əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaşandı. E.Seyidcahan başına məşəl qoyduğu üçün xalq artistinin narazılığına səbəb oldu və əməkdar artist haqqında tənqidi fikirlər səsləndiridi. Əməkdar artist isə "Günə Baxan" verilişində xalq artistinin əleyhinə ittihamlar səsləndirərək "Şöhrət ordenli şərəfsiz" adlandırdı. Belə ki, sənətçilər arasında soyuq münasibət hələ də davam edir və küsülüdürlər.

Səs-küyə səbəb olan qalmaqallardan biri də xalq artistləri Nisə Qasımova və Brilliant Dadaşova arasında baş verdi. Buna səbəb B.Dadaşovanın Nisə Qasımovanın "Yalvarıram" mahnısını ifa etməsi oldu. N. Qasımova "Kim nə dedisə susdum. Psixoloji basqı oldu, səsimi çıxarmadım. Mənim ifalarımı "əndrabadi" formada oxuyurlar və deyirlər ki, mən sənətkaram!" kimi ifadələrlə mətbuatda çıxış etdi.

Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibinin qalmaqalı isə məhkəmə ilə nəticələndi. Buna səbəb A.Kazımovanın N.Həbibinin erməni milliyyətinə mənsub olduğunu bildirməsi oldu. N.Həbibi ittihama görə xalq artistini məhkəməyə verdi. Məhkəmədə A.Kazımovanın iddiası sübuta yetirilmədi. Belə ki, yaxın günlərdə yekunlaşan məhkəmə qərarına görə xalq artisti yaydığı məlumatı təkzib etməli və üzr istəməlidir. Xalq artisti məhkəmə qərarını icra etmədiyi üçün xarici ölkəyə çıxışı məhdudlaşdırılıb.

Müğənni Nazənin və Təranə Qumralın isə qalmaqalı şəxsi məsələlərə görə baş verdi. T.Qumral "Bazar səhəri" verilişində Nazənin 7 dəfə ərə getməsi haqqında səsləndirdiyi fikirlər həmkarı ilə gərginliyə səbəb oldu. Nazənin "Mənim neçə dəfə ərə getməyimdən danışmasın, mən onu ərimlə tutmuşam" deyərək etirazını bildirdi. Nəticədə ANS efirində yaşanan qalmaqaldan sonra tərəflər məhkəmədə görüşdülər. Məhkəmədə T.Qumralın Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla münasibəti olduğu sübuta yetirildi. Məhkəmənin qərarına əsasən Təranə Nazəninin şərəf və ləyaqətini alçatdığı üçün 10 min manat cərimə ödəməlidir.

Müğənni Roza Zərgərli və stilist Anar Atakişiyev də bu ili sülh içində başa vurmadılar. Belə ki, R.Zərgərlinin "Maşın şou" da "Şəxsiyyəti bilinməyən insanlar haqqında danışmaq istəmirəm" deməsi stilistlə qarşıdurmaya səbəb oldu. A.Atakişiyev "Şəxsiyyətsiz onun özüdür. Bu ittihama görə onu məhkəməyə verib sürün-sürün süründürərəm" kimi ifadələr səsləndirdi.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər