Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova “Zuhal Topalla izdivaç” verilişində iştirakını davam etdirir.
Teleqraf.com xəbər verir ki, S.Dadaşova verilişə onun üçün gələn Adnan adlı bəyi bəyənməyib: “Danışdıq, amma münasibətimiz alınmadı”.
Onunla ailə qurmaq məqsədi ilə gələn Adnan isə “Problem münasibətimizin alınmamasında deyil. Sədaqət xanım çox dəyərli anadır. Azərbaycanda övladlarının yanında olmaq istəyir. O, Azərbaycanda, mən isə Almaniyada yaşamalıyam. Çox kübar bir xanımdır” deyə qeyd edib.
S.Dadaşova ilk dəfə Oqtay adlı iştirakçıya namizəd olduğu üçün “Zuhal Topalla izdivaç” verilişinə qatılmışdı.
Rəqsanə