8 Fevral 2016 15:15
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, sözləri Baba Vəziroğluna, musiqisi Elçin İmanova, aranjemanı Emil Minşayevə məxsus olan mahnı "Çağır gələrəm" adlanır. Tez-tez repertuar təzələyən Ayan bu mahnının sənətində dönüş yaradacağını deyib: “Mahnı iki il əvvəl yazılıb. Onun sənətimdə dönüş edəcəyinə inanıram. Elçin İmanovdan bəstələrini ifa edəndə düşünürəm ki, bu mahnı sıradan yox, sənətkarların qulaq asacağı mahnıdır. Elçin İmanov həm də müəllimimdir. Elə oxutdurur ki, mahnıya yanaşma, çalarlar hamısı yerində və gözəl olur. Mahnının sözlərini də çox bəyənmişəm, dərin sözlərdir.

Əslində, şeirin adı "Sevgi ayrılıqdan güclüdür, vallah" adlanır. Biz "Çağır gələrəm" adlandırdıq. Göründüyü kimi o biri dünyada olsa belə, sevgi nə qədər güclüdür ki, o dünyadan sevgisi üçün qayıdıb gəlir. İstəyərəm ki, hamı belə sevsin - bu yazılan sözlərdəki kimi. Reperturımda ən sevdiyim mahnılarımdan olacaq. Çünki üzərində sənətkarlar işləyib. Eyni zamanda, bu mahnı əsl sevgi yaşayanlar üçün gözəl bir ərməğan olacaq".


Müəllif: