16 Mart 2016 15:23
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevil və Sevinc bacıları müğənni Xumar Qədimova ilə bağlı maraqlı etiraf ediblər.

Onlar Xumarın onlara etdiyi jestdən danışıblar: “Hər zaman Xumar Qədimovanın adı gələndə bu söhbəti xatırlayırıq. Bunu heç vaxt unutmarıq. Bir dəfə Naxçıvana getmişdik, hörmətli ailənin xeyir işi idi. Xumar xanım da məclisə dəvət olunmuşdu. Onun nə qədər böyük ürəyə sahib olduğuna şahid olduq. Ev yiyəsi Xumar xanıma çox bahalı üzük bağışladı. Biz də kənarda durub əl çalırdıq. Xumar xanım “Bu hədiyyəni bir şərtlə qəbul edərəm ki, qızlara da gətirəsiniz” dedi. Yarım saat keçməmişdi ki, bizə də üzük gətirdilər. Şou-biznesin içindəyik, görə-görə gəlirik. Bunu hər müğənni etməzdi”.

X.Qədimova bacıların sözlərinə “Əgər sizə də gətirməsəydilər, mən o üzüyü taxa bilməzdim” deyə cavab verib. //axsam.az


Müəllif:

Oxşar xəbərlər