Tanınmış müğənni-bəstəkar Emin Ağalarov Bakıda “Jara” festivalında çıxış edəcək.
Teleqraf.com xəbər verir ki, Emin Ağalarov bu haqda “İnstagram”da məlumat verib: “Bakılıları və şəhərin qonaqlarını bu yay iki fantastik gün gözləyir. İyulun 9-10-da “Sea Breeze Baku” istirahət mərkəzində musiqi festivalı keçiriləcək. Festivalda ilk dəfə olaraq Rusiya və Azərbaycan estradasının 30 tanınmış müğənnisi iştirak edəcək”.
Qeyd edək ki, festivalda Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, Emin, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza və s. iştirak edəcək.
Rəqsanə