Rumıniya Stokholmda keçirələcək “Eurovision 2016” mahnı müsabiqəsindən kənarlaşdırılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rumıniyanın
Avropa yayım birliyinə borcu olmasıdır.
Qeyd edək ki, Rumıniya Avropa yayım birliyinə 16 milyon İsveçrə frankı verməlidir. Və 2007-ci ildən borcu ödəyə bilməyib.
Bildirək ki, Rumıniya "Eurovision”da 1994-ci ildən iştirak edir.
Rəqsanə