Əməkdar artist Firuzə İbadova xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ona 4500 manat pul borclu olduğunu bildirib.
Firuzə İbadova Teleqraf.com-a açıqlamasında Orxan Nadirovun borcunu qaytarmadığını bildirib: “Orxan Nadirov və Vüqar Bəkirov mənə pul borcludurlar. Hər ikisi məndən İlhamənin yanında 7 min pul aldılar. 2500 manatını qaytardılar, 4500 manatı qalıb. Bunu Allah götürməz. Onlar əgər mənim pulum qaytarmasalar pis günə düşəcəklər. Çünki mən təmiz adamam. Mənim həyat yoldaşım, sevgilim, oğlum yoxdur. Məni aldatmaq asandır və insanları çox sevirəm. Amma onlar mənə qarşı nankorluq edirlər . O məni yandırır. Orxan deyir ki, pul məndə deyil, Vüqardadır. Vüqar isə deyir ki, Orxandadır. Pul bu insanların iksindədir. Verin mənim pulumu və mən də evimin pulunu ödəyim. Onları Allaha tapşırmışam. Allah onları ondan da pis günə qoysun!”.
Qeyd edək ki, Orxan Nadirov və Vüqar Bəkirov Firuzə İbadovadan qızını işə düzəltmək adı ilə 7 min manat alıblar.
Rəqsanə