Çində 11 noyabrda qeyd olunan Subaylar günündə ölkənin ən böyük alış-veriş şəbəkəsi olan “Alibaba” vasitəsi ilə 25, 3 milyard dollarlıq hədiyyə alınıb.
Teleqraf.com xəbər verir ki, bu göstərici ilə “Alibaba” ABŞ-ın "Blak Friday” və “Kiber Monday” günlərindəki alış-verişdə qeydə alınan rekordu təzələyib.
Bildirilir ki, “Alibaba” üzərindən hər saniyədə 256 min əməliyyat yerinə yetirilib. Gün ərzində 82 marka 15 milyon dollarlıq satış həddini keçib. Əməliyyatların 90 faizi sistemin mobil əlavəsi vasitəsi ilə həyata keçirilib. Maraqlıdır ki, subaylar gününün ilk iki dəqiqəsində “Alibaba” üzərindən 1 milyard dollarlıq alış-veriş edilib. İlk yarım saatın yekununda isə bu rəqəm 7 milyard dollara çatıb.
Qeyd edək ki, Çində sevgililər gününü əvəzləyən subaylar günündə bekar gənclərə hədiyyələr alınır.