Mütəxəssislər dünya turuna çıxmaq üçün 5 ən yaxşı avtomobili müəyyən ediblər.
Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, siyahıya liderliyi Toyota Land Cruiser 200 edir.
Ekspertlər bu avtomobili ən dözümlü və rahat avtomobil kimi qiymətləndiriblər.
2-ci yerdə isə Land Rover Freelander avtomobili gəlir. “Offroad” hesab edilən bu avtomobil ekspertlərin rəyinə əsasən daha praktik və az sərfiyyatlıdır.
Top 5-i isə Volkswagen Touareg, AUDI Q7 və BMW X5 markalı avtomobillər tamamlayır.