İranın Ərak şəhərində ictimai yerdə sevdiyi qıza evlilik təklif edən gənc oğlan və qız həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə bir neçə gün əvvəl ticarət mərkəzlərindən birində baş verib.
Məlumata görə, adı mediaya açıqlanmayan gənc oğlan ticarət mərkəzində sevdiyi qızın qarşısdında diz çökərək ona evlilik təklif edib. Qız isə təklifi qəbul etdikdən sonra oğlan onun barmağına nişan üzüyü taxıb. Ətrafda olan insanlar oğlanın bu jestinə görə onu alqışlayıblar.
Cütlük evlilik səhnəsini sosial şəbəkədə paylaşdıqdan dərhal sonra polis tərəfindən həbs ediliblər.
Olayın video-görüntüsü: