Türkiyənin 58 yaşlı məşhur aktrisası Nursəli İdiz illərə meydan oxuduğunu bikinili pozu ilə nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, İzmirdə tətilə yollanan sənətçi İnstaqram səhifəsində qara çimərlik paltarında iddialı fotoşəklini paylaşıb.
İzləyiciləri Nursəli İdizə xoş rəylər yazıb.
O, isə yaşını gizlətmədiyini qeyd edib: “58 yaşım var, özümə yaxşı qulluq etməyə çalışıram. Xoş sözlər məni xoşbəxt elədi”.