1 Fevral 23:15
3 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Milli Kosmos Agentliyi (NASA) Yer kürəsindən 137 işıq ili uzaqlıqda, yaşayış üçün əlverişli zonada ekzoplanet kəşf etdiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, planetin qırmızı cırtdan ulduzun ətrafında fırlandığı bildirilir.

Elm adamları “TOI-715” adlı ekzoplaneti həm də “Super Yer” adlandırırlar.

NASA Yerdən 1.5 dəfə böyük olan TOI-715 b-nin həyat üçün əlverişli zonada yerləşdiyini, səthində suyun ola biləcəyini iddia edir.

Planet ulduz ətrafında dövrəsini 19 günə tamamlayır.

TOI-715 b-nin bağlı olduğu sistemdə Yer böyüklüyündə başqa bir planetin ola biləcəyi də deyilir.

“Super Yerin” ətrafında fırlandığı ulduz Günəşdən daha kiçik və soyuqdur.


Müəllif: Mənsur Rəğbətoğlu