Ukraynalı yutuber süni intellektin qurbanı olub.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.
Ukraynalı yutuber Olqa Loiyekin sözlərinə görə, o, səhər yuxudan oyananda görüb ki, ona Çin dilini tərifləyən mesajlar gəlib. Mesajların mənasını başa düşməyən Olqa bir müddət sonra Çin sosial mediasında paylaşılan müxtəlif videolarda onun üzünün və səsinin Rusiya təbliğatı üçün istifadə edildiyini öyrənib.
Ona gələn mesajların birində “Biri səni təqlid edir” xəbərdarlığı ilə qarşılaşıb. Mesajda ona mandarin dilində bilib bilmədiyi soruşulub. Daha sonra ona Çin dilində danışdığı videoya keçid göndərilib.
Gənc qız keçidin Çin sosial media platforması "Xiaohongshu"ya aid olduğunu və videoda çincə danışdığını görüb. Gənc qız anlayıb ki, videoda həm onun şəkli, həm də səsi tam olaraq istifadə olunub. Lakin onların dedikləri ukraynalı Olqanın heç vaxt deməyəcəyi sözlər idi. Çin-Rusiya münasibətləri ilə bağlı təriflər deyən süni intellekt klonu Moskvaya tətbiq edilən sanksiyalardan şikayətlənərək Rusiyanın ən yaxşı ölkə olduğunu bildirib. Onun adına açılan səhifələrdə həmçinin Rusiya məhsulları satılıb.
Videolarda Mandarin dilini bilən, Çini sevən və çinli kişi ilə evlənmək istəyən rus qadın kimi təqdim edilən yutuberin adının Çindəki müxtəlif sosial media platformalarına görə Nataşa, Anna və ya Qreys olduğu bildirilir.
Gənc yutuber onun səsindən və görüntüsən istifadə edərək ümumilikdə 4900-dən çox videonun yaradıldığını deyib. O, yutub abunəçilərinin şikayət ilə hesabların bağlandığını deyib.