Süni intellektlə idarə olunan ilk fizioterapiya klinikasının bu il açılacağı gözlənilir.
Teleqraf.com xəbər verir ki, xəstəxana İngiltərədə açılacaq.
Yeni platforma xəstənin təqdim etdiyi məlumatlara real vaxt rejimində cavab verən rəqəmsal proqram vasitəsilə fəaliyyət göstərəcək. Xəstələrə həmin gün rəqəmsal fizioterapevtlə avtomatik video görüş təyin olunacaq.
Tətbiqin artan tələbat və kadr çatışmazlığını müəyyən qədər aradan qaldıracağı bildirilib.