İspaniya alimləri temperaturun uşaq beyninin inkişafına təsirini araşdırıblar.
Teleqraf.com xəbər verir ki, aparılan tədqiqat "Nature Climate Change" elmi jurnalında dərc olunub.
Komanda 9896 hamilə qadın və 9-12 yaş arası 2681 uşağın məlumatlarını araşdırıb. Nəticədə müyyən olunub ki, erkən yaşlarında soyuq-isti havaya məruz qalma beyində sinir və düşüncəyə təsir edən ağ maddənin mikro strukturunda dəyişiklik əmələ gətirir.
Xüsusilə, hamiləliyin üçüncü ayından və uşağın 2 yaşına qədər olan dövrdə isti-soyuğa məruz qalmaq bir sıra fəsadlar yaradır.
Alimlər vurğulayıblar ki, sosial-iqtisadi vəziyyəti aşağı olan rayonlar uşaq sakinləri ekstremal temperaturun təsirinə daha çox həssasdırlar.
Əvvəlki tədqiqatlar temperaturun dəyişməsinin müxtəlif sağlamlıq problemlərinə, o cümlədən uşaqlarda artan narahatlıq, depressiya və aqressiv davranışlara təsirini müəyyənləşdirib. Lakin temperaturun beyinə təsiri hələ də araşdırılmamışdı.