1 Fevral 2016 14:19
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, deputat Q.Həsənquliyev deyib ki, Gürcüstanın ayrı-ayrı vəzifəli şəxslərinin Azərbaycana qarşı ədalətsiz mövqeyi zaman-zaman müşahidə olunub: “Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan Burcanadze də iştirak edirdi. Həmin iclasda Ziyafət müəllim də iştirak edirdi, yəqin ki, yadına gələr. Həmin iclasda Burcanadzeyə sual olundu. Burcanadze bizə cavabında bildirdi ki, işğalla bağlı Kosovada tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxtı da Azərbaycanın adını çəkməmişdi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 nəfər üzvü əleyhinə səs verib. Bunu burada hörmətli Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilərlər”.

Q.Həsənquliyev qeyd edib ki, Avropanın ayrı-ayrı instutlarında, o cümlədən Fransada güclü erməni lobbisi var: “Bu ölkələrdə hakimiyyət dəyişsə də, dövlətin mövqeyi dəyişmir. Ancaq Elxan müəllimin təşəbbüsü ilə AŞPA-da Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edilməsi çox əhəmiyyətli addımdır. Bu qətnamənin qəbulunda Elxan Süleymanovun böyük əməyi var”.

Partiya sədri gürcü deputatların Azərbaycana qarşı atdığı bu addıma Gürcüstanın diqqətinin cəlb edilməsinin vacibliyini söyləyib: “Biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq və riyakarlıq olmaz”.

Nemət


Müəllif:

Oxşar xəbərlər