Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Slovakiya vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram".
***
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Qazaxıstanda "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Bu barədə Teleqraf.com Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinə istinadən məlumat verib.
***
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Zati-alinizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşür, dəstəyimizi bildiririk, yaralıların isə tezliklə sağalmalarını arzulayırıq.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Hörmətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Mariya Fernanda Espinoza
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri,
2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Filip Vuyanoviç
–2003-2018-ci illərdə Monteneqronun Prezidenti
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
Volkan Bozkır
BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Vuk Yeremiç
BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri".
***
Fələstin Prezidenti Mahmud Abbasdan:
"Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşərək, qardaş Azərbaycan xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalan insanlara görə Uca Allaha şükür edir, yaralıların tezliklə sağalmalarını diləyirəm.
Allah Sizi və xalqınızı qorusun".
***
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan:
"Zati-aliləri.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu insan tələfatına və yaralanmasına səbəb olan faciəvi təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi və sarsıtdı.
Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına, o cümlədən bu hadisə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Belə bir kədərli gündə dualarımızın xüsusilə də faciənin nəticələri ilə üzləşmiş sağ qalan insanlarla olduğunu bildirirəm".
***
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan:
“Möhtərəm cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq”.
***
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan:
“Möhtərəm cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbəri bizi dərindən kədərləndirdi.
Bu faciəvi hadisə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını diləyirik”.
***
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan:
“Möhtərəm cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı və yaralanması xəbərini dərin hüzn və kədərlə qarşıladıq.
Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik”.
***
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən:
“Hörmətli İlham Heydər oğlu.
Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Qəza nəticəsində faciəli şəkildə həlak olanlarla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan Sizə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.
Sizin kədərinizi bölüşürük”.
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.
Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram”.
***
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən:
“Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında çoxlu sayda insanın həlak olduğu təyyarə qəzası ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Bosniya və Herseqovina vətəndaşları adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
***
Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən:
“Zati-aliləri.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.
İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.
İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram”.