8 Fevral 2022 10:11
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad olunmuş ərazidə yol qəzası törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Hadisə ilə bağlı qəzaya uğrayan avtobusun sürücüsü Paşa Mürşüdov şübhəli şəxs qismində saxlanılıb.

Hazırda fakt üzrə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hadisə Xocalı rayonunun Sığnaq kəndində baş verib.

Fevralın 6-da, axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb.

16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib.

5 nəfər isə Füzuli rayon Mərkəzi Xəstəxanasındadır.

Yaralıların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.

Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.

Hadisə ilə bağlı Xocalı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər