12 Fevral 2018 11:53
8 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət ve Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran İsrafilov dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, o infakt keçirib.

Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz" Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESKO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

Həmçinin, İTV televiziya kanalında uşaq və digər verilişlərdə aparıcı olub, son ildə özünü aktyor kimi də sınayıb və Arzu Əliyevanın prodüserliyi ilə çəkilmış “Əbədi ezamiyyət” sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Kamran İsrafilov həmçinin yeni yaradılan Uşaq Teatr Studiyasının rejissoru idi.

Kamran məşhur rejissor Vaqif İbrahimoğlunun, rəssam Rəşid Şerifin bacısı oğludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər