19 Noyabr 2018 11:14
584

Akademik Milli Dram Teatrının kollektivi Bişkekdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Azərbaycandan başqa festivala Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri də qatılıb.

Festivalda Əməkdar artist Mehriban Xanlarova Çingiz Aytmatovun “Manqurt” tamaşasındakı Nayman Ana roluna görə “İkinci planda ən yaxşı qadın ifaçısı” mükafatına layiq görülüb.


Müəllif: Yalçın Uğur