11 Avqust 2016 18:32
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayış məskənində Qafqazın ən qədim dini məbədi aşkar edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundov məlumat verib.

O bildirib ki, ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid xeyli sayda bəzək, məişət, eləcə də əmək alətləri tapılıb.

Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbəd aşkar ediblər.

Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub.
Arxeoloqun qənaətinə görə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə edilən odun qalıqlarından ibarətdir.

Qazıntılar zamanı ərazidə məbəddən əlavə, iki qəbir də aşkarlanıb.


Müəllif:

Oxşar xəbərlər