19 Avqust 2016 22:39
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

1) Abdullah bin Ahmad əl Gurair&ailəsi, Birləşmiş Ərəb Əmirlikləri: 3.1 milyard dollar

Birləşmiş Ərəb Əmirlikləri bankçılıq sektorunun lideri olan “Maşreq Bankı”, əl Gurair ailəsinə aiddir. Bank 1967-ci ildə onlar tərəfindən qurulub.

2) Taha Mikati, Livan: 3.5 milyard dollar

Taha Mikati qardaşı Nəcib Mikati ilə telekommunikasiya firması “Investcom”un qurucularındandır. Şirkətdəki səhmlərini 2006-cı ildə Cənubi Afrikanın MTN qrupuna satmasına qarşı fəaliyyətlərini M1 qrupu adı altında davam etdirməkdədir.

3) Nəcib Mikati, Livan: 3.5 milyard dollar

Qardaşı Taha Mikati ilə birlikdə iş həyatını davam etdirən Nəcib Mikati, eyni zamanda Livanın Baş naziridir. M1 qrupunda qardaşına kömək edən Mikati həmçinin geyim markası “Façonable”nin sahibidir. Cənub Afrikanın MTN qrupundakı səhmlərinin ümumi dəyəri 1.9 milyard dollardır.

4) Məcid əl Futtaim, Birləşmiş Ərəb Əmirlikləri: 3.6 milyard dollar

Ən varlı ərəb ailələrindən birinin üzvü olan Məcid əl Futtaim qardaşı Abdullah ilə birlikdə milyarder ərəblərdən biridir. Məcid əl Futtaimin sahibi olduğu şirkətlər arasında Yaxın Şərq və Afrikada fəaliyyət göstərən investisiya şirkətləri və alver mərkəzləri də var.

5) Sulaiman əl Rachi&ailəsi, Səudiyyə Ərəbistanı: 6 milyard dollar

Sulaiman əl Rachi qardaşları ilə birlikdə qurduqları dünyanın ən böyük İslam bankı “Al Rajhi”nin qurucusudur. Sadəcə Sulaiman əl Rachinin bankda 20% hissəsi var.

\Publika.az\


Müəllif:

Oxşar xəbərlər