Türkiyənin İzmir şəhərində sinif yoldaşının 56 yaşlı babası tərəfindən təcavüzə məruz qalan 9 yaşlı Y.K stresdən infarkt keçirib və xəstəxanada dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, təcavüzdə adı hallanan 56 yaşlı T.Ç-nin azadlıqda olması Türkiyədə böyük narazılıq doğurub.
Y.K sinif yoldaşı ilə oynayarkən aralarında mübahisə düşüb və bir-birindən küsüblər. Bunu görən 56 yaşlı T.Ç 9 yaşlı qızı otağına aparıb ona qarşı seksual xarakterli hərəkətlər edib.
Azyaşlı baş verənləri anasına danışıb. Ana polisə şikayət edib. İş üzrə cinayət açılsa da, T.Ç sərbəst buraxılıb.
Yaşadığı travma və qorxudan Y.K. məktəbə getməyib. O, evində psixoloji tədavü alıb. Qorxudan gecələr altını isladıb və gündən-günə zəifləyib. Qəfil infarkt keçirən qız xəstəxanada dünyasını dəyişib.
Azyaşlının atası 56 yaşlı T.Ç-nın həbs edilənə qədər mübarizə aparacağını bildirib.
Ayxan