25 Sentyabr 2014 00:51
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Təxminən saat 14-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki sonrakı ərəfə bu istiqamətdə uğursuz ola bilər. Sizə qarşı irad bildirənlərə qarşı dəliqanlı olmayın.




BUĞA - Ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olsa da, fəaliyyət zəminində ciddi xoşagəlməzliklər mümkündür. Ümumiyyətlə, yaxşı olar ki, əsas vaxtınızı evdə keçirəsiniz.



ƏKİZLƏR - Bir qədər gərgin gündür. Ətrafınızda sizə mane olmaq istəyənlər arta bilər. Bu səbəbdən də maksimum tədbirli olmalısınız. Hər kəsə inanmayın. Bir anlıq neytral mövqe seçin.



XƏRÇƏNG - Həyatınız üçün mühüm olan vəzifələri kimlərinsə mənafeyinə qurban verməyin. İndi yalnız özünüz üçün çalışmalısınız. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin.



ŞİR - Əgər səhhətiniz normal deyilsə, bu gün mütləq həkimə müraciət edin. Yoxsa, yatağa düşə bilərsiniz. Gümrah olduğunuz təqdirdə isə ikitərəfli əməkdaşlığa başlaya bilərsiniz.



QIZ - Bütün vaxtınızı işə həsr edin. Çünki münasibətlər zəminində elə bir uğurunuz olmayacaq. Olsa-olsa, axşama doğru ürəyinizə yaxın olan adamlara baş çəkə bilərsiniz.



TƏRƏZİ - Bir qədər mübahisəli gündür. Çalışın ki, özünənəzarət prinsiplərinə riayət edib təmkininizi qoruyasınız. Səhər saatlarından bürcünüzə daxil olan Ayın neqativ təsirini də unutmamalısınız.



ƏQRƏB - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl! Müqəddəs Avestadakı bu üç prinsipə sadiq qalın. Gələcəyinizin açarı da məhz bundadır. Nədənsə sizdə Xeyirxah Fikir lazımınca alınmır.



OXATAN - Kifayət qədər mistik gündür. Qara qüvvələr ruhunuza müdaxilə edə bilər. Odur ki, bəri başdan tədbirli olun. Nahardan sonra müqəddəs ziyarətgahalara baş çəkməklə rahatlanacaqsınız



OĞLAQ - Sevindirici hadisələr yolunuzu gözləyir. Qayğınıza qalanlar xeyli artacaq. Əmin olun ki, bəd günləriniz arxada qalmaqdadır. Ağzıdualı olun ki, İlahinin diqqətini çəkəsiniz.



SUTÖKƏN - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu, daha çox işgüzar əlaqələr zəminində baş verəcək. Saat 16-dan sonrakı ərəfəni isə bütünlüklə sevgiyə həsr edin. Qaba rəftardan uzaq olun.



BALIQLAR - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz bir çox məqsədlərə nail ola biləcəksiniz. Ələlxüsus da məhəbbət məsələlərində hər şey ürəyinizcə olacaq. Heç kimə yalan vəd verməyin.


Müəllif:

Oxşar xəbərlər